BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağsuda mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın söndürüldü

Ağsu rayonunun Keşdiməz və Bico kəndləri yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın söndürülüb. Yanğın zamanı 100 ha sahədə quru ot və kol-kos yanıb.

Fövqəladə Hallar Nazirliyindən Pravda.az-a verilən məlumata görə, yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin meşə təsərrüfatı idarəsinin ərazi üzrə yerli bölmələrinin əməkdaşları və yerli sakinlər (mürəkkəb relyefli dağlıq ərazi olduğu üçün əsasən əl əməyindən istifadə olunub) tərəfindən söndürülüb.


Yaxınlıqdakı ərazilər yanğından mühafizə olunub.



Tarix: 17 Avqust 2021, 22:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin