BURADA REKLAMINIZ OLA
BİLƏR

91 yaşlı kişi ehtiyatsızlıqdan yandı

Mingəçevirdə isinmək məqsədilə qaz sobasına yaxınlaşan ahıl kişi ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb.

 

Pravda.az-ın xəbərinə görə, hadisə az öncə Təbriz küçəsindəki evlərdən birində baş verib.

 

İlkin məlumata görə, 91 yaşlı kişinin üzərinə alov düşüb və o, müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Hazırda kimliyi dəqiqləşdirilir. Hadisənin baş vermə səbəbi hələ ki tam məlum deyil.APA

Tarix: 1 Fevral 2020, 20:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin