BURADA REKLAMINIZ OLA
BİLƏR

Əşrəf Qani və ailəsinin hansı ölkədə olduğu təsdiqləndi

Əfqanıstanın devrilmiş Prezidenti Əşrəf Qani və ailəsinin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) qaçdığı açıqlanıb.

Pravda.az-ın məlumatına görə, BƏƏ-nin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi açıqlama yayaraq Ə. Qaninin ailəsi ilə birlikdə bu ölkədə olduğunu təsdiqləyib.

"Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi bildirir ki, BƏƏ humanitar səbəblərdən Prezident Əşrəf Qanini və ailəsini ölkəyə qəbul edib", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, Əfqanıstanın Prezidenti Əşrəf Qani "Taliban" paytaxt Kabilə girdikdən sonra istefa verərək avqustun 15-də ölkədən qaçıb.

Əvvəlcə onun Tacikistana qaçdığı bildirilmişdi.

Daha sonra Ə. Qaninin Özbəkistana, oradan isə üçüncü ölkəyə getdiyi barədə məlumat yayılmışdı.

Tarix: 18 Avqust 2021, 18:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin