BURADA REKLAMINIZ OLA
BİLƏR

Ermənistanda hərbi hissədə üç hərbçinin meyiti tapıldı

Ermənistanın cənub-şərqində yerləşən hərbi hissələrin birində üç hərbi qulluqçunun cəsədi aşkar olunub.

 

Pravda.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.

 

Məlumata əsasən, avqustun 19-u təqribən 02:15 radələrində cəsədləri aşkar olunan hərbçilər Murad Muradyan, Levon Harutyunyan və Qora Saakyanın üzərində odlu silahdan atəş izləri aşkarlanıb. Bildirilir ki, onların hər üçü 2002-ci il təvəllüdlüdür.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

Tarix: 19 Avqust 2021, 11:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin