BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda avtobus sürücüləri bıçaqlandı

Şirvan şəhərində iki bıçaqlanma hadisəsi baş verib.

 

Pravda.az-ın xəbərinə görə, Şirvan sakini, 1988-ci il təvəllüdlü Vazehi Vüsal Məmmədağa oğlu bıçaq yarası ilə Şirvan şəhər xəstəxanasının cərrahiyə şöbəsinə daxil olub və dərhal əməliyyata götürülüb.

 

Yaralı əməliyyatdan sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirlib.

 

Bundan əvvəl Şirvanda Sabirabad rayonunun Şəhriyar kənd sakini, 1993-cü il təvəllüdlü Əliyev Kamran Nizami oğlu da baş nahiyəsindən 3 bıçaq xəsarəti ilə Şirvan şəhər xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. K.Əliyevin sifət, qulaq seyvanı və boyun nahiyəsinə bıçaq xəsarətləri yetirilib. Əsas damarı zədələndiyindən çoxlu qan itirib, vəziyyəti ağır olduğundan paytaxta yola salınıb.

 

Hadisəni törətməkdə təqsirləndirilən şəxs, Şirvan sakini, 1988-ci il təvəllüdlü Qasımov Şamil Aslan oğlu saxlanılıb.

 

O da müəyyən edilib ki, Vüsal Vazehini sonuncunun qardaşı münaqişə baş verən anda bıçaqlayıb. Hadisəni törədən digər qardaşın tutulması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

 

Qeyd edək ki, bıçaqlanan şəxslər Şirvan şəhərində 3 saylı marşurut xəttinin sürcüləri olub. Hadisəyə səbəb marşurut xəttinin  sonuncu dayanacağında qardaşlar və sürücülər arasında yaranan mübahisə olub.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Tarix: 1 Fevral 2020, 22:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin