BURADA REKLAMINIZ OLA
BİLƏR

Sərdar Cəlaloğlu: “Məhərrəmlik xristianlıqdan müsəlmanlığa inteqrasiya edən adət-ənənədir”

 

 

"Məhərrəmlik İslam dininin birbaşa özü ilə əlaqəli deyil: nə Quranda belə ayə var, nə də Peyğəmbərin hədislərində. Məhərrəmlik xristianlıqdan müsəlmanlığa inteqrasiya edən adət-ənənədir. Yəni bu, klassik dini ayin deyil, insanların müəyyən etdiyi yoldur. Konstitusiyada da Məhərrəm ayında toyların təşkilinə qadağa qoyulmur".

 

Bunu Pravda.az -a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

 

S.Cəlaloğlu qeyd edib ki, məhərrəmlik şiə təriqətinin ayinidir: "Vicdan azadlığı anlayışı var. Yəni hər kəs vicdanına uyğun yaşaya bilər. Lakin cəmiyyətdə hər kəs bir-birinin seçdiyi yola hörmət etməlidir. Qurani-Kərimdə buyurulur ki, siz kafirlərin bütlərini söyməyin ki, onlar da sizin Allahınızı söyməsin. İndi şiələr nəyəsə inanır, özlərinə hansısa yolu seçiblərsə, gərək başqa təriqət və məzhəblər də onlara hörmət etsin. Ateistlərə belə hörmətlə yanaşmaq lazımdır. Buyurulur ki, dində məcburiyyət yoxdur. Necə ki, qonşuda yas olanda, digərləri toyları müvəqqəti təxirə salırsa, məhərrəmlikdə də eynilə bu cür olmalıdır. On minlərlə vətəndaşın saxladığı yasa da digərləri hörmət etməlidir".

 

Nəzrin Cavid

Tarix: 19 Avqust 2021, 14:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin