BURADA REKLAMINIZ OLA
BİLƏR

İşğaldan azad olunmuş rayonların icra başçısı və deputatlarına Qarabağa səfər qadağası niyə qoyulub?

Azərbaycan Prezidentinin işğaldan azad olunmuş bölgələrimizə səfərində bir məqam diqqətdən yayınmır.

 

Belə ki, İlham Əliyevin işğaldan azad olunmuş rayonlara səfərində həmin rayonların icra başçısı və deputatları orada görünmür.

 

Bəlli olub ki, ümumiyyətlə , köçkün rayon -şəhər icra hakimiyyəti başçıları və deputatlarına Qarabağa səfər qadağası qoyulub.

 

Bu məsələdə bəzi deputatlarla həmin rayonun polis rəisi arasında qalmaqallar da düşüb.

 

İcra başçılarına və deputatalara Qarabağa səfər qadağası ilə bağlı DİN-nin mətbuat xidmətinin rəisi Ehsan Zahidovun mövqeyini öyrənməyə çalışdıq. Gununsesi.info-ya açıqlamasında Ehsan Zahidov belə bir məhdudiyyət olduğunu təsdiqləyib:

 

“Ancaq bu məhdudiyyət həmin insanların özlərinin təhlükəsizliyi üçündür. Bu qadağa, xüsusilə icra başçısı və deputatlar üçün deyil. Bütövlükdə vətəndaşlara aiddir. Ötən aylar ərzində  nə qədər insanın minaya düşməsinin şahidi olmuşuq. Minalardan təmizləmə prosesi bitəndən sonra hər kəs bu ərazilərə gedə biləcək”.

Tarix: 20 Avqust 2021, 00:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin