BURADA REKLAMINIZ OLA
BİLƏR

Məşhur aktyor koronavirusdan vəfat etdi

Sonni Tiba/Çiba ləqəbi ilə tanınan yaponiyalı aktyor Sinyiti Tiba (əsl adı Sadaho Maeda) 82 yaşında dünyasını dəyişib.

Bu barədə Pravda.az Yaponiyanın “Oricon News” nəşrinə istinadən xəbər verir.

Məlumata görə, o, Çiba prefekturasının Kimitsu xəstəxanasında koronavirusdan vəfat edib. Aktyor avqustun 8-dən xəstəxanada müalicə olunurdu.

Qeyd edək ki, Sinyiti Tiba əvvəl doğma Yaponiyada, daha sonra isə beynəlxalq səhnədə döyüş filmlərində oynamaqla şöhrət qazanıb. Geniş tamaşaçı kütləsi onu rejissor Kventin Tarantinonun “Billi öldürmək” filmində yaratdığı Hattori Hanzo rolu sayəsində tanıyıb.

Tarix: 20 Avqust 2021, 07:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin