BURADA REKLAMINIZ OLA
BİLƏR

Çindən Türkiyəyə gətirilən tələbələr xəstəxanalara yerləşdirildi - VİDEO

Çində koronavirusun kütləvi yayıldığı Uhan şəhərindən təxliyyə edilərək Türkiyəyə gətirilən Azərbaycan vətəndaşları artıq xəstəxanalara yerləşdirilib.

 

Pravda.az-ın xəbərinə görə, karantində saxlanılacaq Azərbaycan vətəndaşları üçün ayrı otaqlar hazırlanıb. Onlar burada saxlanıldıqları günlərdə birdəfəlik alət və avadanlıqlardan istifadə edəcəklər.

 

Qeyd olunub ki, karantində saxlanılan şəxslərdən hər üç gündən bir zəruri analizlər götürüləcək.

 

Qeyd edək ki, Türkiyəyə gətirilən Azərbaycan vətəndaşları təcili tibbi yardım avtomobilləri ilə hava limanından birbaşa Ankara şəhər xəstəxanasına daşınıb.Report

 

Tarix: 2 Fevral 2020, 00:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin