BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputatlar işğaldan azad edilən ərazilərə niyə getmirlər? – "Mina təhlükəsi ilə əlaqədar..." - AÇIQLAMA

"Cənab Prezident İlham Əliyevin göstərişi var ki, işğaldan azad edilmiş torpaqlarda mina təhlükəsi ilə əlaqədar olaraq, vətəndaşlar həmin ərazilərə bir müddət səfərə getməsinlər. Millət vəkili də göstərişlərə əməl edərək vətəndaşlara nümunə olmalıdır".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisdə Cəbrayıl rayonunu təmsil edən deputat Ceyhun Məmmədov deyib.

 

 

Deputat bildirib ki, bir müddət əvvəl Cəbrayıl rayonunda doğulduğu kəndi görüb: "Azərbaycan Televiziyasının çəkiliş komandası ilə Zəngilana səfərə getmişəm. Zəngilanda "ağıllı kəndin" yaradıldığı əraziyə gedən yol Cəbrayıldan - mənim doğulduğum kənddən keçir. Həmin səfər zamanı illər sonra kəndimizi görə bildim. Hesab edirəm ki, qoyulan qaydalara əməl etmək lazımdır. Bu, bizim təhlükəsizliyimiz üçün əhəmiyyətlidir. Konkret qadağa qoyulmayıb, sadəcə, təhlükəsizliyimizi qorumaq bizim borcumuzdur".

Tarix: 20 Avqust 2021, 13:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin