BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu gün neçə nəfər vaksinləndi?

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 54 455 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Pravda.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 43 046, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11 409 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 6 045 471, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 617 203, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 428 268 təşkil edir.

Tarix: 20 Avqust 2021, 18:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin