Reklam

DİN-dən qazinin üç qardaş tərəfindən döyülməsi xəbərinə REAKSİYA

Avqustun 12-də Gədəbəy Rayon Polis Şöbəsinə rayonun Böyük Qaramurad kənd sakini, Vətən Müharibəsi Qazisi Rauf İmanov həmkəndliləri Amin, Asim və Aliq İsmayılov qardaşları tərəfindən döyülməsi barədə məlumat daxil olub. 

Bu barədə Pravda.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Məlumata görə, faktla bağlı RPŞ-də müvafiq araşdırmalar başlanılıb, tibbi ekspertiza təyin edilib. Ekspertiza rəyindən və araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Tarix: 20 Avqust 2021, 20:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin