BURADA REKLAMINIZ OLA
BİLƏR

NATO Əfqanıstandakı missiyasını başa vurdu

“NATO Əfqanıstandakı missiyasını tamamladı, müttəfiqlər indi yalnız Kabul hava limanının ərazisindədir”.

 

Pravda.az xəbər verir ki, bunu NATO-nun Baş katib Yens Stoltenberq alyansın xarici işlər nazirləri ilə keçirilən videokonfransdan sonra deyib.

 

Baş katib hər bir ölkənin Əfqanıstana çatdırılan silah və texnikaya görə məsuliyyət daşıdığını bildirib: “Bir sıra ölkələr Əfqanıstanda bütün qüvvələrini və texnikalarını geri qaytarmaq üçün mümkün olan hər şeyi etdi”.

 

Yens Stoltenberq əlavə edib ki, bir çox müttəfiq ölkələr bugünkü iclasda əfqanları qəbul etmək təklifi ilə çıxış ediblər: “Əgər əfqanları təxliyə edə bilsək, onları müvəqqəti və ya daimi olaraq qəbul etməyə hazır olan ölkələr var. Bu ölkələr əfqanların ardınca təyyarə göndərməyə hazır olduqlarını açıqladılar”

Tarix: 20 Avqust 2021, 23:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin