BURADA REKLAMINIZ OLA
BİLƏR

Naqif Həmzəyev: “Gənclər cəmiyyətin aparıcı qüvvəsi kimi öndə addımlayırlar”

“Gənclik gələcəyin özü, böyük arzular, ümidlər, sağlam düşüncə deməkdir. Gənclər mütəmadi olaraq yeniliklərə can atır, köhnə stereotiplərdən uzaqlaşmağa, yeni yanaşmalara üstünlük verirlər. Bu isə əlbəttə ki, ümumilikdə ölkənin, cəmiyyətin xeyrinə olur”.

 

Pravda.az-ın xəbərinə görə, bunu fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində Yeni Azərbaycan Partiyasının 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi üzrə deputatlığa namizədi Naqif Həmzəyev deyib.

 

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşıb. Onlar ölkəmizdə cəmiyyətin aparıcı qüvvəsi kimi öndə addımlayırlar. Ölkəmizin böyük, vətənpərvər gənclər ordusu Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət müstəqilliyinin möhkəmləndirilməsində, ölkədə uğurlu islahatların həyata keçirilməsində sanballı töhfələri ilə fəallıq göstərirlər. Əziz gənclər! Sizi 2 Fevral-Gənclər Günü münasibəti ilə təbrik edir və Vətənimizin daha parlaq gələcəyi naminə fəaliyyətinizdə uğurlar arzu edirəm” – N.Həmzəyev qeyd edib.

Tarix: 2 Fevral 2020, 09:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin