BURADA REKLAMINIZ OLA
BİLƏR

O uşağın aqibəti necə oldu?

Kabil hava limanında əfqan ailələrindən biri tərəfindən ABŞ əsgərlərinə verildiyi an görüntüləri çəkilən azyaşlı uşağın aqibəti bəlli olub.

Pravda.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin sözcüsü Con Kirbi açıqlama verib.

O qeyd edib ki, əfqan ailə tərəfindən ABŞ əsgərlərinə verilən körpə xəstə olub. O, müalicə edildikdən sonra ailəsinə geri verilib.

Qeyd edək ki, sözügedən hadisə sosial şəbəkədə gündəm olmuşdu.

Tarix: 21 Avqust 2021, 15:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin