BURADA REKLAMINIZ OLA
BİLƏR

Bayden köməkçiləri ilə Əfqanıstanı və İŞİD-i müzakirə etdi

ABŞ prezidenti Co Bayden rəhbərliyin əsas rəsmiləri ilə Əfqanıstandakı vəziyyəti və ölkədə fəaliyyət göstərən İŞİD-in qoluna qarşı əməliyyatları müzakirə edib.

 

Pravda.az xəbər verir ki, bu barədə Ağ Evin bəyanatında deyilir.

 

Əfqanıstandakı təhlükəsizliyin vəziyyəti, antiterror əməliyyatları və “İŞİD-Xorasan”la əlaqəli məsələ diqqət mərkəzində olub. Eyni zamanda Əfqanıstandan amerikalıların və ABŞ vətəndaşlarına kömək edən əfqanların təxliyəsi üçün qonşu dövlətlərin hava limanlarından istifadə barədə müzakirələr aparılıb.

 

Qeyd edək ki, ABŞ avqustun 14-dən bəri Əfqanıstandan 17 min nəfəri təxliyə edib.

 

Report

Tarix: 22 Avqust 2021, 01:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin