BURADA REKLAMINIZ OLA
BİLƏR

Hindistanda ikinci koronavirusa yoluxma qeydə alındı

Hindistanın Kerala ştatında ikinci koronavirusa yoluxma hadisəsi qeydə alınıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə ölkənin Səhiyyə Nаzirliyinə istinadən NDTV telekanalı bildirib.

 

"Yeni koronavirusa yoluxma ilə əlaqədar ikinci hadisə Keralada qeydə alınıb. Pasiyent Çindən səyahətdən qayıdıb. Onun vəziyyəti sabitdir və daim yoxlanılır", - nazirliyin bəyanatında qeyd edilir.

 

Qeyd edək ki, Hindistanda koronavirusa ilk yoluxma hadisəsi yanvarın 30-da Kerala ştatında qeydə alınıb. Həmin şəxs Çinin Uhan şəhərindən oxumağa gələn tələbədir.Report

Tarix: 2 Fevral 2020, 10:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin