BURADA REKLAMINIZ OLA
BİLƏR

Vaksinasiya yaşı 12-yə endirildi

Yeni tədris ilində Səudiyyə Ərəbistanında vaksin olunmamış 12 yaşdan yuxarı şagirdlər məktəblərə buraxılmayacaq.

 

Pravda.az xəbər verir ki, Krallığın Təhsil Nazirliyi bu yaş qrupuna aid uşaqların kütləvi vaksinasiyasına başlandığını elan edib.

 

Səudiyyə Ərəbistanının təhsil naziri Həməd Əl-Şeyx jurnalistlərə müsahibəsində bildirib ki, məktəbə gedəcək bütün şagirdlər, habelə universitet tələbələri iki doza vaksinasiya haqqında pasport almalıdırlar.

 

O əlavə edib ki, bu kampaniyanı tezliklə başa çatdırmaq məqsədilə Səhiyyə Nazirliyi xüsusi briqadalar təşkil edib.

Tarix: 22 Avqust 2021, 16:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin