BURADA REKLAMINIZ OLA
BİLƏR

"Camaat toyu kefindən edir ki?!"

Son günlər  “Cümə” məscidinin axundu Hacı Surxayın “Məhərrəmlik ayında ailə quranların 99 faizinin xoşbəxtliyi, övladlarının  sağlamlığı sual altındadır” açıqlaması müzakirə olunur. Axund sosial şəbəkələrdə tənqid atəşinə tutulub. Əksəriyyət uzun müddətdən sonra toylara icazə verildiyi üçün bunun normal olduğunu düşünüb. Fikirləşirlər ki, iki ilə yaxın toylar üzərindəki qadağanın ləğv edilməsini gözləyən gənclərin ailə qurmasında bir qəbahət yoxdur. Mövzu haqda “Sherg.az”a danışan müğənni Afət Fərmanqızı hər kəsin fikrinə hörmətlə yanaşdığını söyləyib:

 

“Bir az dünyəvi düşünürəm. Dövlətimiz nə məsləhət bilirsə, mən də onunla razıyam.  Əgər qərar verilsə ki, matəmdir.  Mənim də “qanun qarşısında boynum qıldan incədir”. Həm də imamlara, peyğəmbərlərə hörmət insanın qəlbində olmalıdır.  Toy etməməklə, ağlamaqla deyil. Camaat toyu  kefindən edir ki?! Bir il altı aydır ölkədə kütləvi şəkildə uşaq dünyaya gəlmir. Çünki ailə qurmaq mümkün deyildi. Bunu həyatın qanunu kimi dəyərləndirmək lazımdır. İmama  da, peyğəmbərə də ürəkdə yas saxlanılmalıdır. Mən ölümə, şəhidimə , imama, peyğəmbərə Allahla baş-başa qalıb rəhmət oxuyuram. Yoxsa, əlimdə dəsmal ağlamaq və sair qəribə görünür. Kimə nəyi sübut edirik? Sonda bir də söyləmək istəyirəm  ki, dövlətimiz necə məsləhət bilirsə, odur.  Efirlərdə konsert proqramları yayımlanır. Belədirsə,  biz niyə toy etməyək? Qaydalara  əməl edirəm. Öncə öz şəhidlərimə, Son Qarabağ savaşında şəhadətə ucalanlara,  tarix boyu Vətən uğrunda canından keçənlərə yas saxlayıram”. 

Tarix: 24 Avqust 2021, 00:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin