BURADA REKLAMINIZ OLA
BİLƏR

“Taliban” bir neçə ABŞ helikopteri və raketi ələ keçirdi


Radikal “Taliban” hərəkatı bir neçə ABŞ təyyarəsi, hərbi helikopter və tank əleyhinə raket ələ keçirib.

Bu barədə Pravda.az “Al Arabiya” telekanalına istinadən xəbər verir.

Baş verənlərin Pentaqonda narahatlıq doğurduğu iddia edilir. Mənbələrin sözlərinə görə, taliblərin ələ keçirdiyi silahların ləğv edilməsi barədə qərar hələlik qəbul edilməyib.

“Ola bilsin, taliblərə helikopter və təyyarələrdən istifadə etmək çətin olacaq, çünki pilot yoxdur, taliblərə texniki xidmət də əlçatmazdır”, - mənbələr bildirib.


Tarix: 24 Avqust 2021, 07:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin