BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda bu il 20 milyon tondan artıq neft hasil edilib

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda təxminən 20,1 mln. ton neft (kondensatla birlikdə) hasil edilib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 522,2 min ton az olub.

 

Energetika Nazirliyindən verilən məlumata görə, respublika üzrə neft hasilatının 13,3 mln. tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,2 mln. tonu (kondensat) “Şahdəniz”in payına düşüb.

 

Məlumata görə, hesabat dövründə SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 4,6 mln. ton təşkil edib.

Tarix: 24 Avqust 2021, 10:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin