BURADA REKLAMINIZ OLA
BİLƏR

Ötən gün 66 nəfər şənliyə buraxılmayıb

Avqustun 23-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 11 toy şənliyinin monitorinqini həyata keçirib.

 

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, monitorinq 8 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

 

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

 

- 4 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

 

- 66 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Tarix: 24 Avqust 2021, 10:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin