BURADA REKLAMINIZ OLA
BİLƏR

Hadrutda evin həyətindən bomba aşkarlandı

Xocavənd rayonunun işğaldan azad edilmiş Hadrut qəsəbəsi ərazisindəki evlərdən birinin həyətində “M-85” markalı bomba aşkar ediblər.

 

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, həmin ərazi dərhal nəzarətə götürülüb və aşkar edilmiş partlayıcı vasitənin zərərsizləşdirilməsi üçün Minatəmizləmə Agentliyinin əməkdaşlarına məlumat verilib.

 

Bomba zərərsizləşdirildikdən sonra ərazinin təhlükəsizliyi təmin edilib. 

Tarix: 24 Avqust 2021, 12:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin