BURADA REKLAMINIZ OLA
BİLƏR

Allahverdi Yolçuyev: "Qolumun əsməyi mənə narahatlıq verir"

"Bir-iki dəfə dublayaja getmişəm, bir də verilişdə olmuşam. Film çəkilişlərim olmur. Nicat Kazımovun bir tamaşası var idi, məni çağırdı. Onun məşqini etdik, teatrların fəaliyyəti bərpa olunsa, səhnəyə çıxacam".

 

Bu sözləri aktyor Allahverdi Yolçuyev deyib. Səhhətində uzun müddətdir problem olan sənətçi müalicəyə maddi imkanının çatmadığını söyləyib:

 

"Qolumun əsməyi mənə narahatlıq verir. Müalicəsi Azərbaycanda yoxdur. Türkiyə, Moskva, Almaniyada müalicəsi var. Beyinlə bağlı bir problemdir. Külli miqdarda pul lazımdır. Maddi gücüm çatmır. Lazımi qurumlar isə maraqlanmırlar.

 

Ruhdan düşmürəm. Sənət dostlarım zəng edir, maraqlanırlar. Naibə Allahverdiyeva, Nahidə Orucova, Qorxmaz Əlili, Teymur Əmrah, Nicat Kazımov hər dəfə halımla maraqlanırlar.

 

Səhhətimə görə teatrdan uzaqlaşdım. İşləmirəm, bütün günü evdə oluram".

 

Axsam.az

Tarix: 24 Avqust 2021, 12:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin