BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda qadının təxridxanadakı oğluna "patı" ötürməsinin qarşısı alınıb

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasına psixotrop maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

 

Xidmətdən verilən xəbərə görə, həbs edilmiş şəxs Vüsal Vahid oğlu Əliyevə anası Şəhla Əli qızı Əliyeva tərəfindən gətirilən sovqata baxış keçirilən zaman orada olan bişmiş toyuq ətinin içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 0,718 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Tarix: 24 Avqust 2021, 13:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin