BURADA REKLAMINIZ OLA
BİLƏR

FHN-dən Bakıdakı yanğınla bağlı daha bir açıqlama - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində hasar üzlüyündə yanğın olub.

Pravda.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Belə ki, hadisə barədə saat 14:35-də daxil olan məlumat əsasında 6 dəqiqə sonra, yəni saat 14:41-də FHN Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə çatıb.

Yanğın genişlənməsinin qarşısı alınaraq 9 dəqiqə sonra - saat 14:50-də məhdudlaşdırılmaqla, saat 15:00-da tam söndürülüb.

İlkin məlumata əsasən, yanğın nəticəsində hasara vurulmuş penoplasdan ibarət üzlük 250 kv.m. sahədə yanıb. Hasar üzlüyünün qalan hissəsi və yaxınlıqdakı obyektlər yanğından mühafizə edilib.
 

 

 

 
 
 

Tarix: 24 Avqust 2021, 18:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin