BURADA REKLAMINIZ OLA
BİLƏR

“Taliban”: Avqustun 31-dən sonra Kabildən təxliyə qadağan ediləcək

“Taliban” hərəkatı Kabil Beynəlxalq Hava Limanına gedən yolu bağlayıb, aeroporta yalnız əcnəbilər buraxılır.


Pravda.az-ın xəbərinə görə, bu barədə bu gün “Taliban”ın rəsmi nümayəndəsi Zəbihulla Mücahid Kabildə keçirdiyi mətbuat konfransında bildirib.


“Biz aeroporta gedən yolu bağlamışıq, ora ancaq əcnəbilər buraxılır”, - deyə Z. Mücahid vurğulayıb.


“Taliban”ın rəsmi nümayəndəsi qeyd edib ki, avqustun 31-dən sonra Kabildən təxliyə qadağan ediləcək.


Xatırladaq ki, ABŞ avqustun 31-dən sonra təxliyə üçün əlavə vaxt tələb edib.





Tarix: 24 Avqust 2021, 18:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin