BURADA REKLAMINIZ OLA
BİLƏR

"Zoobulvar"da saxlanılan alpaka ilə bağlı araşdırma başlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Bakıda fəaliyyət göstərən "Zoobulvar" adlı obyektdə araşdırmalara başlayıb.

 

Bu barədə nazirlikdən məlumat verilib.

 

"Sosial şəbəkələrdə “Zoobulvar” adlı mərkəzdə yaxşı olmayan şəraitdə saxlanıldığı deyilən alpakanın görüntüləri yer alıb. Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirilir. Bu barədə ictimaiyyətə əlavə məlumat təqdim olunacaq", - açıqlamada bildirilib.

Tarix: 24 Avqust 2021, 19:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin