BURADA REKLAMINIZ OLA
BİLƏR

Rasim Quliyev Rusiyada qətlə yetirildi

Rusiyada azərbaycanlı bıçaqlanaraq qətlə yetirilib.

 

Hadisə Moskva şəhərində yerləşən "Fud siti" bazarında qeydə alınıb.

 

Öldürülən şəxsin Şəmkir rayonun Yeni Həyat kənd sakini, 1991-ci il təvəllüdlü Quliyev Rasim Rüfət oğlu olduğu bildirilib.

 

Araşdırma zamanı məlum olub ki 30 yaşlı R.Quliyevi həmkəndlisi 28 yaşlı Həsənov Sabir Camal oğlu qətlə yetirib. Hadisəni törədən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

 

Qeyd edək ki, qətlə yetirilən R.Quliyev ailəli idi, 3 övladı var.

 

APA

Tarix: 25 Avqust 2021, 00:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin