BURADA REKLAMINIZ OLA
BİLƏR

BMT-yə Əfqanıstandakı işçilərinin qorxudulması ilə bağlı xəbərlər daxil olub

BMT-nin baş katibi Antoni Quterreş Əfqanıstanda rəhbərlik etdiyi təşkilatın işçilərinin qorxudulması xəbərlərindən üzüldüyünü bildirib.

 

Pravda.az xəbər verir ki, bununla bağlı Baş katib Əfqanıstandakı işçilərinə müraciət edib.

 

“Mən sizin narahatlığınızı və ağrınızı bölüşürəm. Bəzilərinizin təcavüz və təhdidlə üzləşdiyinizə dair xəbərlərdən kədərlənirəm. Sizin təhlükəsizliyinizi təmin etmək üçün lazımi tədbirləri görəcək. Bu problemlə üz-üzə qaldığımız üçün hazırda sizə lazımi ləvazimatların çatdırılması və dəstək məqsədilə mütəxəssis qrupları göndərmək üçün çalışırıq. Təhlükəsizliyiniz üçün əlimizdən gələn köməkliyi edəcəyik”, müraciətdə vurğulanıb.

 

Qeyd edək ki, BMT-nin məlumatına görə, “Taliban”nın Əfqanıstandakı son hücumundan əvvəl yerli sakinlər arasından, təxminən 3 min insan və 700-dən çox əcnəbi bu ölkədə təşkilatın müxtəlif missiyaları üzrə çalışıb. Onlardan cəmi 245-i Əfqanıstandan təxliyə edilib.

 

APA

Tarix: 25 Avqust 2021, 01:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin