BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda avtomobili qarət etmək istəyən şəxs tutuldu - FOTO

Bakıda avtomobili qarət etmək istəyən şəxs saxlanılıb.

 

Pravda.az-ın xəbərinə görə, hadisə fevralın 1-də, səhər saat 04:30 radələrində, Nizami rayonu, Tofiq Abbasov küçəsində qeydə alınıb.

 

Kürdəmir rayon sakini, Aqil Qasımov avtomobilin şüşəsini sındıraraq onun içərisindəki maqnitofonu oğurlamağa cəhd edib. Bu zaman ərazidə olan Nizami Rayon Polis İdarəsinin (RPİ) Post Patrol Xidməti (PPX) əməkdaşlarının operativliyi nəticəsində A.Qasımov hadisə yerində yaxalanıb və 25-ci Polis Bölməsinə (PB) təhvil verilib

 

Faktla bağlı Nizami RPİ-nin 25-ci PB-də araşdırma aparılır.

Fotoları təqdim edirik
Tarix: 2 Fevral 2020, 17:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin