BURADA REKLAMINIZ OLA
BİLƏR

Kəlbəcərə prokuror təyin edildi

Prezident İlham Əliyevin “İşğaldan azad olunmuş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında” 1 aprel 2021-ci il tarixli Sərəncamına əsasən Qubadlı və Kəlbəcər Hərbi Prokurorluqları yaradıldıqdan sonra Baş prokuror Kamran Əliyevin müvafiq əmrləri ilə qeyd olunan hərbi prokurorluqların struktur və ştat tərkibi müəyyən edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Pravda.az-a verilən məlumata görə, müvafiq əmrlərlə Bayramov Mahir Ələmdar oğluna Kəlbəcər hərbi prokuroru, Mürsəlov Elşən Xıdır oğluna Qubadlı hərbi prokuroru vəzifələrinin icrası həvalə edilib. 

Tarix: 25 Avqust 2021, 16:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin