BURADA REKLAMINIZ OLA
BİLƏR

"Qarabağ" qələbə çaldı

Azərbaycan Premyer Liqasında XV tur başa çatıb.

 

Pravda.az-ın xəbərinə görə, turun ikinci oyun gününə Qəbələdə start verilib.

 

Mövsümün ikinci yarısında ilk matçlarını keçirən “Keşlə” və “Qəbələ” sonuncuların meydanında üz-üzə gəlib. Paytaxt təmsilçisinin ilk 45 dəqiqədə vurduğu iki qol qələbə üçün kifayət edib. “Qırmızı-qaralar” bu toplardan yalnız birinin əvəzini çıxa bilib. Bu qələbə “Keşlə”nin xal hesabını “Neftçi”yə çatdırması, şəxsi oyunlardakı üstünlüyə görə 2-ci pilləyə yüksəlməsi üçün yetərli olub.

 

Tura liderlə autsayder arasında qarşılaşma ilə yekun vurulub. Son çempion “Qarabağ” “Səbail”in qonağı olub. Ciddi müqavimətlə üzləşən Ağdam təmsilçisi matçın taleyi son dəqiqələrdə həll edib. Mahir Emrelinin vurduğu top çempiona üç xal qazandırıb. Bu, liderin izləyiciləri ilə xal fərqini 8-ə çatmasına səbəb olub.

 

Bir gün öncə daha iki görüş keçirilib. “Zirə” iki cavabsız qolla “Sabah”ı məğlub edib, “Neftçi” – “Sumqayıt” matçında komandalar bir qolla bir xal qazanıblar.

 

Qeyd edək ki, növbəti turun oyunları fevralın 7-8-də keçiriləcək.

 

Azərbaycan Premyer Liqası

XV tur

2 fevral (bazar)

 

17:30. “Səbail” – “Qarabağ” - 0:1

Qol: Əmrəli, 81

Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Fərid Hacıyev

“Səbail”: 1. Aleksandr Rıbka, 7. Fəhmin Muradbəyli, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 34. Urfan Abbasov, 55. Adil Nağıyev, 11. Rauf Əliyev, 10. Maykl Esyen, 16. Peyman Keşavarz, 3. Turan Manafov, 77. Ədilxan Qarəhmədov

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 88. Orxan Qurbanlı, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 9. Mirsahib Abbasov, 27. Hendrik Ekşteyn, 19. Ruslan Hacıyev, 30. Murad Qayalı, 79. Əli Sadıxov

Baş məşqçi: Aftandil Hacıyev

“Qarabağ”: 12. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 2. Qara Qarayev, 14. Rəşad Sadıqov (k), 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 8. Markos Madera, 17. Abdullah Zubir, 9. Xayme Romero, 3. Ailton Silva, 18. İsmayıl İbrahimli

Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 94. Nicat Mehbalıyev, 30. Abbas Hüseynov, 7. Araz Abdullayev, 19. Filip Ozobiç, 99. Maqaye Qeye, 23. Faysal Rerras, 27. Kvabena Ovusu, 21. Hacıağa Hacılı, 24. Nihad Tamazov, 71. Toral Bayramov, 29. Musa Qurbanlı

Baş məşqçi: Qurban Qurbanov

“ASCO Arena”

 

15:00. “Qəbələ” – “Keşlə” - 1:2

Qollar: Juniç, 60 - Boyoviç, 35, Məza Kolli, 40

Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Rauf Allahverdiyev

“Qəbələ”: 94. Tərlan Əhmədli, 11. Asif Məmmədov (k), 74. Yusif Nəbiyev, 4. Sadiq Quliyev, 9. Ehtiram Şahverdiyev, 3. İviça Zuniç, 10. Klesio Bauk, 77. Merab Qiqauri, 21. Fernan Lopez, 19. Rövlan Muradov, 2. Amin Seydiyev

Ehtiyat oyunçular: 33. Müşfiq Nadirov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 12. Abdelrafik Cerard, 55. İdris İnqilablı, 27. Samir Məhərrəmli

Baş məşqçi: Azər Bağırov

“Keşlə”: 1. Stanislav Namaşko, 4. Slavik Alxasov (k), 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov, 22. Əfran İsmayılov, 25. Con Kamara, 21. Miyusko Boyoviç, 5. Franko Flores, 10. Sezar Meza Kolli, 9. Lorenzo Frutos, 7. Tural Bayramlı

Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 33. Tərlan Quliyev, 3. Cabir Əmirli, 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 42. Aleksandr Kristova, 30. Şaxruh Qadoyev, 90. Orxan Fərəcov, 97. Xəzər Mahmudov

Baş məşqçi: Tərlan Əhmədov

Qəbələ şəhər stadionu

 

1

Qarabağ

15

10

4

1

25-7

34

2

Keşlə

15

7

5

3

20-13

26

3

Neftçi

15

7

5

3

23-12

26

4

Zirə     

15

5

5

5

20-22

20

5

Sumqayıt

15

5

4

6

19-21

19

6

Sabah

15

3

4

8

14-20

13

7

Qəbələ

15

3

4

8

15-26

13

8

Səbail

15

3

3

9

10-25

12

 

Bombardirlər: Lorenzo Frutos ("Keşlə"), Peyman Babayi ("Sumqayıt"), Stiven Monroz ("Neftçi") - 6 qol.

Tarix: 2 Fevral 2020, 19:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin