BURADA REKLAMINIZ OLA
BİLƏR

“Taliban” komandiri hər şeyi Azərbaycanın telekanalına danışdı – VİDEO

 

“Biz Əfqanıstanda təhlükəsizliyi təmin edəcək və dinc mühit quracağıq”

 

Pravda.az xəbər verir ki, bu fikirləri Baku TV-yə özəl müsahibəsində “Taliban”ın Kabil şəhərinin təhlükəsizlik üzrə komandiri Mulvi Aminullah səsləndirib.

 

“Xalqımız iyirmi ilini qeyri-müəyyənlikdə, sülh olmadan və ölkədə sabitliyi pozaraq keçirdi. İndi isə sülhü bərpa etmək, insanlara təhlükəsizliyi sübut etmək vaxtıdır. Xüsusilə Kabil təhlükəsiz deyildi. Hamı qorxu içərisində idi” – deyə, o bildirib.

 

Mübarizə apardıqları yolda çoxlu şəhid verdiklərini deyən komandir Aminullah qeyd edib ki, Əfqanıstanda demokratiyanı bərpa edəcəklər.

 

Tarix: 25 Avqust 2021, 20:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin