BURADA REKLAMINIZ OLA
BİLƏR

Fövqəladə vəziyyət elan edildi

Venesuela Prezidenti Nikolas Maduro ölkənin qərbində və cənubunda leysan yağışlarının yaratdığı daşqın səbəbindən fövqəladə vəziyyət haqqında fərman imzalayıb.

 

Bu barədə məlumatı TASS yayıb.

 

“Mən Apure, Bolivar, Yarakuy, Suliya və Merida ştatlarında təbii fəlakətlərə gətirib çıxaran yağışlarla əlaqədar 90 gün müddətinə fövqəladə vəziyyət haqqında fərman imzalamaq istəyirəm”, - o, iclas zamanı deyib.

 

Maduronun sözlərinə görə, bu tədbir təbii fəlakətin nəticələrinə qarşı mübarizə üçün lazımi vəsait ayırmağa imkan verəcək.

 

İclas zamanı leysan yağışlarından daha çox zərər çəkmiş Merida ştatında olan deputat Ceyson Qusman daşqın qurbanlarının sayının 20-yə çatdığını bildirib.

Tarix: 26 Avqust 2021, 06:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin