BURADA REKLAMINIZ OLA
BİLƏR

Ahıl kişinin köynəyinin cibindən 800 manat dəyərində qızıl əşyaları və 35 manat pul oğurladı

 

 

 

Şəkidə ahıl kişinin köynəyinin cibindən 800 manat dəyərində qızıl əşyaların və 35 manat pulun oğurlanması barədə müraciət daxil olub.

 

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cibgirliklə məşğul olan şəxsin əvvəllər məhkum olunmuş Mingəçevir şəhər sakini Elşən Ağayev olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.

 

Araşdırma zamanı E.Ağayevin oğurladığı qızılları satdığı və özünün əyləncəsinə xərclədiyi məlum olub.

 

Faktla bağlı cinayət işi başlanılıb,saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Tarix: 26 Avqust 2021, 11:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin