BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan əsgəri özbaşına Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçdi

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib.

 

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

 

Qeyd olunub ki, əsgər C.Babayev haqqında cinayət işi başlanılıb, araşdırma aparılır.

 

"Ehtimal olunur ki, hərbi qulluqçumuz Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçib", - məlumatda bildirilib.

Tarix: 26 Avqust 2021, 12:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin