BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda Xətainin heykəlinin yeri dəyişdirilir

Bakının Yusif Səfərov küçəsindəki Şah İsmayıl Xətainin heykəlinin yeri dəyişdirilir.

 

Pravda.az xəbər verir ki, hazırda bir sıra qurumlar tərəfindən Şah İsmayı Xətainin abidəsinin yerinin dəyişdirilməsi ilə bağlı hazırlıqlar aparılır. Bunun üçün tanınmış ingiltərəli memar tərəfindən yeni layihə hazırlandığı qeyd olunur.

 

Heykəl hazırkı yerindən bir qədər aralıda, həmin küçədə yerləşən “Fontanlı” parkın (abidənin hazırkı yerindən qabaqda) ərazisinə köçürüləcək. Burada əzəmətli abidə kompleksi yaradılacaq. Şah İsmayıl Xətainin yeni abidəsi şah çadırında taxtda oturmuş şəkildə olacaq. Abidənin üzü əsas magistral yola – Yusif Səfərov küçəsinə baxacaq. Yer həm də abidə ziyarətçiləri üçün çox əlverişli olacaq və bütün istiqamətlərdən görünəcək.

Tarix: 19 Noyabr 2019, 15:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin