BURADA REKLAMINIZ OLA
BİLƏR

Əfqanıstanda partlayış olub

Kabil hava limanında terrorçu-kamikadzenin özünü partlatması nəticəsində 13 nəfər həlak olub.

 

Pravda.az-ın məlumatına görə, bu barədə “Taliban” hərəkatı açıqlama yayıb.

 

Ölənlər arasında uşaqların da olduğu bildirilir.

 

***

 

18.25

 

Kabil hava limanının girişində partlayış törədilib.

 

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, partlayış britaniyalı hərbi qulluqçuların bir müddətdir dayandığı və hava limanının terror xəbərdarlığı səbəbi ilə bağlanmış 3 giriş qapısından birində baş verib.

 

ABŞ rəsmisi “Reuters” xəbər agentliyinə partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyini bildirib. Böyük Britaniya Müdafiə Nazirliyi partlayış nəticəsində itkilərin olmadığını, lakin əminliklə danışmaq üçün hələ tez olduğunu deyib.

 

“Pajhwok” agentliyi 2 nəfərin öldüyünü, 15 nəfərin yaralandığını açıqlayıb.

 

Pentaqondan verilən məlumata görə isə 3 ABŞ hərbçisi xəsarət alıb.

 

Qeyd edək ki, partlayışdan sonra hadisə yerində silah səslərinin eşidilməsi ilə bağlı məlumat yayılıb.

 

Əfqan jurnalist Əhməd Mengli isə CNN-Türkə bildirib ki, partlayış zamanı 11 nəfər ölüb, çox sayda yaralı var.

 

Digər yerli qaynaqlar da partlayış nəticəsində 11 nəfərin həlak olduğunu, həlak olanlar arasında əcnəbi hərbçilərin olduğunu xəbər verir.

Tarix: 26 Avqust 2021, 18:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin