BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda qardaş qardaşa küt alətlə ağır xəsarət yetirdi

Bakının Suraxanı rayonunda 45 yaşlı kişiyə qardaşı tərəfindən xəsarət yetirilib.

 

Pravda.az-ın xəbərinə görə, hadisə Əmircan qəsəbəsində qeydə alınıb.

 

Bakı şəhər sakini Ağayev İlham Həmid oğlunun başına avtomobil təkərini açmaq üçün istifadə edilən açarla bir neçə dəfə zərbə endirilib. Nəticədə ağır xəsarət alan İ.Ağayev xəstəxanaya yerləşdirilib.

 

Faktı Suraxanı polisi araşdırır. Hadisənin İ.Ağayevin qardaşı tərəfindən törədildiyi deyilir.APA

Tarix: 2 Fevral 2020, 23:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin