BURADA REKLAMINIZ OLA
BİLƏR

ABŞ kəşfiyyatı koronavirusun mənşəyi haqqında məruzəni dərc edib

ABŞ-ın kəşfiyyat orqanı koronavirusun mənşəyinin 90 günlük araşdırmasını başa çatdırıb və ölkənin prezidenti Cozef Baydenə verilmiş məruzənin məxfiliyini açıqlayıb.

 

"ABŞ-ın kəşfiyyat orqanı bir sıra əsas məsələlər üzrə əsas razılığa nail ola bildi. Biz hesab edirik ki, virus (COVID-19) bioloji silah kimi hazırlanmayıb.

 

Əksər qurumlar az əminliklə SARS-CoV-2-nin genetik mühəndisliyin köməyi hazırlanmadığına inanırlar", - ABŞ-ın milli kəşfiyyat direktorunun ofisinin saytında dərc edilmiş məruzədə deyilir.

 

Qeyd edək ki, dünyada koronavirusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Siyahıda sonrakı yerlərdə Hindistan, Braziliya, Rusiya qərarlaşıb.

 

Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

 

Report.az

Tarix: 28 Avqust 2021, 00:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin