BURADA REKLAMINIZ OLA
BİLƏR

ABŞ 31 avqustdan sonra Əfqanıstanda qalacaq?

Ağ Evin sözçüsü Cen Psaki Kabildəki hava limanına yeni hücumlar ola biləcəyi ilə bağlı kəşfiyyat məlumatlarından danışıb.

Pravda.az xəbər verir ki, o, keçirdiyi mətbuat konfransında belə hücumların ola biləcəyini istisna etməyib.

“Ortada mövcud bir təhdid var və bu davam edir. Hərbçilərimiz hələ də təhlükə altındadır, ancaq həyatları xilas etmək, mümkün qədər çox insanı təxliyyə etmək üçün çalışırlar”, - C.Psaki bildirib.

O əlavə edib ki, 31 avqustdan sonra Əfqanıstandakı diplomatik varlıqlarını davam etdirmək niyyətində deyillər.

Tarix: 28 Avqust 2021, 07:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin