BURADA REKLAMINIZ OLA
BİLƏR

FHN Bakıdakı yanğınla bağlı məlumat yaydı - YENİLƏNDİ

Bakıda mağazada yanğın olub.

 

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Nizami rayonunda ümumi sahəsi 30 m² olan tikinti materialları satışı mağazasının döşəməsi 10 m² sahədə və taxtadan ibarət arakəsmə divarı 9 m² sahədə yanıb. Mağazanın qalan hissəsi və bitişik ticarət mərkəzi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

***

 

08:15

 

Bakının Nizami rayonunda “Kainat” ticarət mərkəzində yanğın başlayıb.

 

Pravda.az-ın xəbərinə görə, hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.

 

Ərazidən fotonu sosial şəbəkədə jurnalist Sevinc Ələkbərova paylaşıb. 

 

Tarix: 28 Avqust 2021, 09:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin