BURADA REKLAMINIZ OLA
BİLƏR

Baharın Azərbaycana gələcəyi tarix açıqlandı

Baharın Azərbaycana gələcəyi vaxt açıqlanıb.

 

N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Pravda.az-a verilən xəbərə görə, bu il bahar Azərbaycana martın 20-si saat 07:49:36-də daxil olacaq. Bu zaman gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçəcək və həmin andan Şimal yarım kürəsində yaz fəsli başlayacaq.

 

Fevralın 25-i Su, martın 3-ü Od, martın 10-u Yel, martın 17-si Torpaq (İlaxır) çərşənbələri qeyd olunacaq. 

Tarix: 3 Fevral 2020, 09:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin