BURADA REKLAMINIZ OLA
BİLƏR

Kliniki Tibbi Mərkəzə koronavirusla bağlı 2 nəfər yerləşdirildi

Hazırda Kıiniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə 2 nəfər yerləşdirilib.

 

Pravda.az-ın xəbərinə görə, onlardan biri 1996-cı il təvəllüdlü Çin vətəndaşıdır. Sonuncu dəfə 19 yanvar tarixində Çində olub. Analizlərinin cavabı mənfidir, yəni hər hansı bir virus aşkarlanmayıb. Heç bir şikayəti yoxdur. Fevral ayının 4-ü evə buraxılacaq.

 

İkinci xəstə isə 1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşıdır. Çində təhsil alır. Bakıya yanvarın 28-də gəlib. Heç bir şikayəti yoxdur, amma buna baxmayaraq inkubasiya dövrü başa çatana qədər xəstəxanada saxlanılacaq.

Tarix: 3 Fevral 2020, 10:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin