BURADA REKLAMINIZ OLA
BİLƏR

Daşkəsən sakini minaya düşdü

Daşkəsən sakini minaya düşüb.

 

Hadisə rayonun Ermənistanla sərhəd olan Alaxançallı kəndində qeydə alınıb.

 

1964-cü il təvəllüdlü Tağıyev Şükür Əşrəf oğlu ərazidə qoyun otaran zaman atı sərhədi keçib. Ş.Tağıyev atını gətirən zaman minaya düşüb.

 

O, xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

 

APA

Tarix: 29 Avqust 2021, 16:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin