BURADA REKLAMINIZ OLA
BİLƏR

Fəzail Ağamalı növbəti görüşlərini keçirdi - FOTO - VİDEO

Deputatlığa namizəd Fəzail Ağamalı  60 saylı Salyan-Neftçala Seçki Dairəsinin Yolüstü,Yeni Uluxanlı,Düzənlik kəndlərinin  seçiciləri ilə görüş keçirib.

 

Pravda.az-ın xəbərinə görə, görüş Fəzail Ağamalının Milli Qəhrəman Nazim Babayevin anası Laçın Babayevanı ziyarəti ilə  başlayıb.

 

Daha sonra kənd sakinləri ilə görüşdə Fəzail Ağamalı ölkə Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətinin, həyata keçirilməkdə olan və geniş miqyas daşıyan islahatlarının uğurlu nəticələri və ötən 4 ildə deputatlıq fəaliyyəti haqqında seçicilərə ətraflı məlumat verib.

 

Çıxış edən Fəzail Ağamalının vəkilləri və seçicilər cənab prezident İlham Əliyevin çoxşaxəli fəaliyyətini yüksək qiymətləndirilib və Fəzail Ağamalının üstün siyasi keyfiyyətləri, onun peşəkarlığı və dövlətçiliyimizə göstərdiyi  xidmətlər üzərində ətraflı söhbət aparılıb.

 

Seçicilər birmənalı  olaraq qarşıdan gələn parlament seckilərində Fəzail Ağamalıya səs verəcəklərini bir daha  bəyan ediblər.

 

Tarix: 3 Fevral 2020, 10:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin