BURADA REKLAMINIZ OLA
BİLƏR

Ermənistan Azərbaycana hava sərhəddini açıb?

Türk Hava Yollarına məxsus Bakı-İstanbul reysi üzrə uçan təyyarə dünən Ermənistan üzərindən keçməklə ünvanına çatıb.

Bu barədə Pravda.az “flightradar24.com”a istinadən bildirir. 

Dünya səmasında üzən hava gəmilərinin uçuşunu canlı yayan saytda Bakıdan İstanbula gedən təyyarənin ənənəvi marşurutdan çıxdığı görünüb.

Qeyd edək ki, indiyədək Azərbaycan və Türkiyə arasında uçuşlar Gürcüstanın hava məkanından  keçməklə baş tutub.
Ermənistanın Azərbaycana hava sərhəddini açması barədə rəsmi məlumat olmadığından ehtimal etmək olar ki, bu addım Azərbaycanın Ermənistan-İran arasındakı quru əlaqəni kəsməsindən sonra baş verib.

Görünür, Ermənistan hökuməti üzləşdiyi  durumdan bu yolla çıxmaq istəyir.

Bazar günü olduğundan rəsmi qurumların mövqeyini öyrənə bilmədik.

Gununsesi.info

Tarix: 29 Avqust 2021, 23:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin