BURADA REKLAMINIZ OLA
BİLƏR

Bayden göstəriş verdi

ABŞ Prezidenti Cozef Bayden "İda" qasırğası səbəbindən Luiziana ştatını təbii fəlakət zonası elan edib və zərərçəkənlərə federal yardım barədə göstəriş verib.

 

Pravda.az-ın məlumatına görə, bu barədə Ağ Ev xəbər yayıb.

 

"Bu gün prezident Cozef R. Bayden Luiziana ştatında təbii fəlakət zonası elan edib və 26 avqust 2021-ci ildə başlayan və davam edən "İda" qasırğasından zərər çəkən ərazilərdə əyalət, yerli bərpa əməliyyatlarını tamamlamaq üçün federal yardım göstərilməsi barədə göstəriş verib", - Ağ Evin açıqlamasında deyilir.

 

Federal yardım müvəqqəti mənzil və ev təmiri üçün qrantlar da daxil olmaqla, fəlakət bərpasında vətəndaşlara dəstək proqramlarını əhatə edəcək.

 

Report

Tarix: 30 Avqust 2021, 08:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin