BURADA REKLAMINIZ OLA
BİLƏR

“Prezident İlham Əliyev möhtəşəm layihələrə imza atır” - RƏY

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Füzuli və Şuşaya növbəti dəfə səfəri bir daha sübut edir ki, Azərbaycan qarşıya qoyduğu yeni hədəflərə - Qarabağın bərpası və yenidənqurması sahəsinə ciddi töhfələr verir. Bunun konkret nəticələri var".

 

Bu barədə Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

 

 

Deputatın sözlərinə görə, nəticələr o qədər möhtəşəmdir ki, siyasi apponentləri təəccübləndirir:  "Misal üçün, Füzuli hava limanının tikintisi. Prezident müvafiq sərəncam imzalamışdı və qeyd etmişdi ki, hava limanının tikintisi bu il ərzində başa çatmalıdır. Ötən gün Prezident İlham Əliyev tikinti işləri ilə yaxından tanış oldu. Hava limanının tikintisinin tamamlanma işləri gedir, yekunlaşmaq üzrədir. Beynəlxalq standartlara uyğun Füzuli hava limanı yaxın zamanlarda işə başlayacaq. Beynəlxalq səviyyəli hava limanının qısa zamanda qurulması həm də onun mesajıdır ki, Qarabağda nəzərdə tutulan bütün bərpa və quruculuq işləri də eyni sürətlə tamamlanacaq. Prezidentin də qeyd etdiyi ki, bizim indiki əsas rəqibimiz zamandır. Bütün planları sürətli və keyfiyyətli şəkildə həyata keçirməliyik. Bu, ciddi geosiyasi əhəmiyyətə malikdir".

 

E.Nəsirov qeyd edib ki, Prezidentin Şuşaya növbəti səfəri çox ciddi layihələrin reallaşması ilə yadda qalıb: "Səfərdə Molla Pənah Vaqifin erməni vandalizminin qurbanına çevrilmiş məqbərəsinin bərpası ilə tanış oldular. Böyük şairin abidəsinin tarixi yerinə qaytarılmasının şahidi olduq. Heykəlin və Şuşa otelinin əsaslı təmirdən sonra açılışını izlədik. Füzulidən Şuşaya qədər olan Prezidentin Zəfər yolu adlandırdığı yolda işlər davam etdirilir. Zəfər yolu bizim tarixi qələbəmizin nəticəsi kimi çox yaxın zamanlarda istifadəyə veriləcək".

 

Parlament üzvü deyib ki, Azərbaycan dövləti onun ali siyasi rəhbərliyinin qoyduğu strateji hədəflərin reallaşması istiqamətində həlledici addımlar atır: "Cənab Prezidentin siyasi iradəsi ortadadır. Xalq da bu siyasi iradə ətrafında birlik nümayiş etdirir. Bu səfərlərin hansı zamanda, hansı şəraitdə baş tutması da maraq doğurur. Nəzərə almaq lazımdır ki, Ermənistanın təxribatları son dövrlər daha da intensivləşib. Nikol Paşinyan yeni proqramda da yenə "Artsax", "Dağlıq Qarabağ" ifadələri işlədib. Həmçinin Azərbaycanla sülh müqaviləsinin bağlanmasına dair proqramda heç bir bənd yoxdur. Bütün reallıqlar fonunda isə, Prezident İlham Əliyev möhtəşəm layihələrə imza atır, işğaldan azad edilmiş ərazilərə səfərə gedir. Bu, əsl örnəkdir".

 

Nəzrin Cavid

Tarix: 30 Avqust 2021, 14:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin